Əfsanə vəfat etdi

22 May 2025 01:40 (UTC+04:00)

Birinci yarımorta və orta çəki dərəcəsində keçmiş mütləq dünya çempionu Nino Benvenuti 87 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə "BoxingScene" məlumat yayıb. 1960-cı il Olimpiya Oyunlarının qalibi olan italiyalı boksçu may 20-də dünyasını dəyişib. Benvenuti boks tarixinin ən güclü idmançılarından biri hesab olunur. O, peşəkar rinqdə keçirdiyi 90 döyüşün 82-də qalib gəlib. Onlardan 35-ni nokautla qazanıb. Həvəskar karyerası dövründə isə 120 döyüşdən 119-da qalib olub.