Minifutbol millimiz dünya çempionatına heç-heçə ilə başlayıb

21 May 2025 21:41 (UTC+04:00)

Minifutbol üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatında ilk oyununa çıxıb.

SİA xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreynlə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.

Azərbaycan seçməsi növbəti matçını mayın 23-də Slovakiya seçməsinə qarşı keçirəcək.