Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri başa çatıb

21 May 2025 21:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri mayın 21-də başa çatıb.

SİA xəbər verir ki, Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini rəsmi şəxslər yola saldılar.