Fast foodların orqanizmə gizli zərərləri izah edilir...

21 May 2025 23:44 (UTC+04:00)

Yağlı yeməklərdən cəmi bir neçə gün sonra bağırsaqlar iltihabdan qorunmaq qabiliyyətini itirir.

İmmunitet jurnalında dərc edilən bir araşdırma, doymuş yağlarla zəngin bir pəhrizin sözün əsl mənasında bağırsaq maneə funksiyasını məhv etdiyini və selikli qişanın qorunmasından məsul olan IL-22 proteininin istehsalını boğduğunu aşkar etdi.

SİA-nın məlumatına görə, avstraliyalı alimlər cəmi bir həftə siçanları yağlı qidalarla qidalandırıblar.

Nəticədə bağırsağın qoruyucu funksiyalarının zəifləməsi, divarların qalınlaşması və immun hüceyrələrin yığılması - gizli iltihabın əlamətləri...

Cəmi iki gündən sonra bədəndə IL-22 səviyyəsi azalmağa başlayıb, baxmayaraq ki, heyvanlar zahirən sağlam qalıblar.

Yağlı qidaların yaratdığı iltihabın özəlliyi ondan ibarətdir ki, ilk vaxtlar heç bir şəkildə özünü göstərmir, lakin zaman keçdikcə xroniki bir vəziyyətə keçə bilər.

Tədqiqatçılar qeyd edirlər ki, fast fooddan imtina etmək bağırsaq sağlamlığını bərpa edə bilər, xüsusən də doymuş yağları qoz-fındıq və avokadoda olanlar kimi doymamış yağlarla əvəz etsəniz...

2025-ci ilin aprelində ispan alimləri sübut ediblər ki, yağlı qidalar xərçəngin yayılmasını sürətləndirə bilər. Məlum olub ki, həddindən artıq yağ istehlakı trombosit funksiyasını aktivləşdirir və fibronektin zülalının səviyyəsini artırır, xüsusilə ağciyərlərdə şiş metastazı üçün əlverişli şərait yaradır.

Nazlı Almuradova