Ukraynanın Bakıdakı səfiri və DTA rəhbəri əməkdaşlığı müzakirə ediblər

21 May 2025 14:08 (UTC+04:00)

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan Dövlət Turizm Agentliyinin (DTA) rəhbəri Fuad Nağıyevlə görüşüb. SİA-nın məlumatına görə, bu barədə səfir "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Fuad Nağıyevlə məhsuldar görüşümüz oldu. Ukrayna və Azərbaycan turizm sahəsində əlaqələri möhkəmləndirir. Qarşıda yeni üfüqlər gözləyir!", - o bildirib.