"Qaradağ Lökbatan"ın baş məşqçisi 5 oyunluq cəzalanıb

21 May 2025 13:22 (UTC+04:00)

Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə 5 oyunluq cəzalanıb. SİA xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

A.Quluzadənin cəzalanmasına XXVI turun “Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra hakimləri təhqir etməsi səbəb olub. Onun hərəkətinə görə "Qaradağ Lökbatan" 400 manat cərimələnib.