"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir"

21 May 2025 12:54 (UTC+04:00)

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.