Portuqaliya millisi Bakıdakı dünya çempionatına qələbə ilə başlayıb

21 May 2025 12:47 (UTC+04:00)

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib. SİA xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib.

D qrupunun görüşü Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, daha əvvəl Türkiyə Macarıstanla heç-heçə edib (1:1), Fransa isə Çada qalib gəlib - 1:0.

A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.