İlham Əliyev Budapeştdə TDT-nin qeyri-rəsmi iclasında iştirak edir

21 May 2025 12:32 (UTC+04:00)

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb. SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Macarıstanın Baş naziri Viktor Orban dövlət başçısını qarşılayıb.