Lənkəranda vətəndaşa əzab verərək çəkiliş aparan şəxslər həbs edilib

21 May 2025 11:54 (UTC+04:00)

Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakılıq hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan SİA-ya bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib. Həmin əməli törətməkdə şübhəli bilinən 2 dost - 39 və 34 yaşlı şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.