Azərbaycan çempionatının qalibləri müəyyənləşib

21 May 2025 11:08 (UTC+04:00)

Bilyardın sərbəst piramida növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Bilyard Federasiyasından SİA-ya verilən məlumata görə, ilk pilləni Cahangir Abasəliyev tutub.

Mirsəlim Rəhimov gümüş, Məhəmməd Əkbərov və Emil Rzayev bürünc medal qazanıblar.