Aqrar Xidmətlər Agentliyinin sədr müavini Naxçıvanın kənd təsərrüfatı naziri təyin olunub

21 May 2025 10:42 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin olunub. SİA xəbər verir ki, bununla bağlı Naxçıvanın Ali Məclis sədrinin I müavini Bəxtiyar Məmmədov qərar qəbul edib.

Xatırladaq ki, indiyə qədər sözügedən vəzifəni müvəqqəti olaraq Xəyalə Dadaşova icra edib. O, yerli kənd təsərrüfatı nazirinin müavinidir.