Bakıda küçədə qadın qaçırılıb, keçmiş məhkum tutulub

21 May 2025 10:19 (UTC+04:00)

Xəzər rayonunda 44 yaşlı qadını qaçıran şəxs tutulub. SİA-nın xəbərinə görə, mayın 19-da Xəzər rayonu Şüvəlan qəsəbəsində bir qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 44 yaşlı qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.