Braziliyalı legioner Azərbaycan klubunda

21 May 2025 08:17 (UTC+04:00)

Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “DH Volley Baku” komandası heyətini yeni oyunçu ilə gücləndirib. SİA xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb. Paytaxt təmsilçisi Sonali Monteironun keçidini rəsmiləşdirib. Braziliyalı voleybolçu ilə 1 illik müqavilə imzalanıb.