Ağstafada 27 yaşlı kişi bıçaqlanıb

20 May 2025 21:15 (UTC+04:00)

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb. Belə ki, rayon sakini 1998-ci il təvəllüdlü K.Aşurov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. 27 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.