Həbsxanaya narkotik gətirən pişik tutuldu

20 May 2025 17:58 (UTC+04:00)

Kosta-Rikada həbsxana məmurları məhbuslara narkotik keçirməyə çalışan pişiyi tutublar.

SİA-nın məlumatına görə, bu barədə CNN News xəbər verir. Pişik kürəyində bir neçə torba ilə ağacların arasından qaçarkən görünüb.

Həbsxana işçiləri dərhal nəyinsə səhv olduğunu hiss edərək pişiyi tutublar. Onun qaçaqmalçı olduğu üzə çıxıb: ona içərisində 200 qram marixuana və 70 qram heroin olan çantalar bağlanıb.

Pişik lentə alınıb və qısa zamanda internetdə məşhurlaşıb. Ədliyyə naziri Fiorella Salazar Rojas pişiyin narkotik çatdırmaq üçün öyrədildiyini irəli sürdü.

O qeyd edib ki, bu, həbsxana işçilərinin narahatlığına səbəb olur.

Nazlı Almuradova