Babəkin bir sıra kəndlərində sabah qaz olmayacaq

20 May 2025 16:59 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. SİA-nın yerli bürosunun məlumatına görə, 76 mm və 89 mm borular korroziyaya uğradığı üçün yeraltı xətlərin yerüstü xətlərlə dəyişdiriməsi ilə əlaqədar Babək rayon Qahab, Naxışnərgiz, Nəcəfəlidizə, Nəhəcir və Göynük kəndlərində qaz təchizatı mayın 21-idə saat 09:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.