Mərakeş Kralı Azərbaycan Prezidentini təbrik edib

20 May 2025 15:08 (UTC+04:00)

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevi milli bayram münasibətilə təbrik edib.

SİA-nın məlumatına görə, təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaq, xalqınıza daha çox tərəqqi və firavanlıq arzulamaq mənə böyük məmnunluq verir.

Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin və qarşılıqlı ehtiramın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.

Mən, həmçinin xalqlarımızın rifahı naminə əməkdaşlığımızı bütün sahələrdə daha da dərinləşdirmək və genişləndirmək üçün Zati-alinizlə birgə işi davam etdirməkdə maraqlıyam".