Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib - FOTOLAR

20 May 2025 14:49 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib. SİA-nın məlumatına görə, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.

Hadisə ilə əlaqədar dərhal əraziyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları cəlb olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.