Sumqayıt şəhərində yerləşən sənaye müəssisələrindən birində partlayış baş verib. Hadisə şəhərin sahil küçəsində yerləşən zavodlardan birində qeydə alınıb. SİA xəbər verir ki, Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub. Hadisə nəticəsində ilkin məlumata görə, 3 nəfər xəsarət alıb.
Hazırda partlayışın səbəbləri araşdırılır, ərazidə təhlükəsizlik tədbirləri görülməkdədir.