"Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı və oradakı təmasları bir daha göstərdi ki, Avropanın Azərbaycana çox ciddi ehtiyacı var, o cümlədən də, Prezident İlham Əliyevə". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, özəlliklə də diqqət çəkən o oldu ki, Azərbaycan Prezidentinə münasibət Ermənistanın baş nazirinə münasibətdən qat-qat üstün idi: "Ümumiyyətlə, elə bir hal olmadı ki, Avropa liderləri Azərbaycan Prezidentinə yaxınlaşmasın, onunla kəlmə kəsməsin, yaxud da, onunla təmasda olmağa çalışmasın. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidentinə çox ciddi diqqət var idi. Bu da, təbii ki, Azərbaycana olan ehtiyacdan doğur.
Özəlliklə də Fransa prezidenti Emmanuel Makronun yaxınlaşması Azərbaycan Prezidentinin faktiki olaraq öz xarizması ilə onu əzməsi və bunu Ermənistan Baş naziri Nikol Paşinyanın önündə etməsi Paşinyanın da əzgin görünməsi əslində orada Prezident İlham Əliyevin iştirakının zirvə nöqtəsi idi. Özü də bunu edərkən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə idilər. Bu da o görüntüyə əlavə rəng qatdı. Çünki biz həmişə demişik ki, Türkiyə-Azərbaycan qardaş dövlətlərdir. Biz hər yerdə, hər məsələdə birik, bərabərik. Təsəvvür edin ki, Avropa Birliyinin qarşısında da birlikdə göründük və bu görüntü möhtəşəm idi.
Ümumiyyətlə, bu toplantıda iştirak, oradakı təmaslar bir daha göstərdi ki, Avropanın Azərbaycana çox ciddi ehtiyacı var. Ona görə də, bizi Avropaya, Avropanı bizə qarşı qoymaq istəyənlərin planları yenə də iflasa uğramış oldu".