İcra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutulmalı olduğu pul məbləğin miqdarı artılır. SİA xəbər verir ki, bununla bağlı "İcra haqqında" qanuna dəyişikliklər tətbiq edilir.
Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.
Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq.
Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 manat və 55 manat idi.