Naftalanda yaşayış binasında yanğın olub. SİA-nın məlumatına görə, yanğın Naftalan şəhər ərazisində yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində mənzillərin birində qeydə alınıb.
Nəticədə 1973-cü il təvəllüdlü U.Əhmədova və onun oğlu B.Əhmədov tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.