Oxçuçayda suyun səviyyəsi 12 sm artıb

20 May 2025 09:45 (UTC+04:00)

Bəzi çaylarda sululuq artıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib, Böyük Qafqaz ərazisindən axan Qusarçayda 11 sm, Qudiyalçayda 5 sm, Vəlvələçayda 2 sm, Kiçik Qafqaz ərazisindən axan Qabırrı çayda 5 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Oxçuçayda isə 12 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 5 sm artıb, su sərfi 401 m3/san olmaqla normanın 198%-ni təşkil edir.