"Çocuklar duymasın"ın aktyoru evlənir

20 May 2025 02:51 (UTC+04:00)

"Çocuk Duymasın" serialının aktyoru Furkan Kızılay evlənməyə hazırlaşır. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Havuç" obrazı ilə tanınan Furkan Kızılay Parisdə sevgilisi Tutku Yılmaza evlilik təklifi edib. 4 ildir sevgili olan cütlük ailə arasında keçirilən sadə mərasimlə nişanlanıb.