"Maklaren” komandasının sürücüsü Lando Norris hesab edir ki, komandası Emilia Romani Qran Prisində Maks Ferstappen və “Red Bull”a meydan oxuya bilməzdi. SİA xəbər verir ki, 25 yaşlı britaniyalının sözlərini “Motorsport” sitat gətirib. Mayın 18-də İmolada keçirilən yarışda Ferstappen qalib gəlib. Yarışdan sonra Lando Britaniya komandasının qalib gəlmək şansının olmadığı barədə fikir bildirib. “Düşünürəm ki, ikinci yer bu gün əldə edə biləcəyimiz ən yaxşı nəticə idi. Maks sürətli idi, “Red Bull” sürətli idi, ona görə də məncə, onlara cavabımız yox idi. Ona görə də bu nəticədən razıyam. Maks bu gün çox sürətli idi”, – Norris deyib.