Mayın 19-dan 20-nə keçən gecə Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı və şimşək çaxacağı ehtimalı var". Bunu SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq: "Mülayim şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturunun 21–26 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə isə mayın 20-də yağıntılı hava şəraiti davam edəcək. Şimşək çaxacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və dolu düşəcəyi ehtimal olunur. Axşam saatlarında yağıntıların bəzi rayonlarda tədricən kəsiləcəyi gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 22–27, dağlıq ərazilərdə isə 12–17 dərəcə isti olacaq".
Günel Fərzəliyeva