...Tikinti sənayesində əcnəbi işçilərin sayının azalmasına baxmayaraq, onların ümumi məşğulluq sayında xüsusi çəkisi artmaqda davam edir.
SİA rus saytlarına istinadən xəbər verir ki, Rusiyanın Milli İnşaatçılar Assosiasiyasının rəhbəri Anton Qluşkovun sözlərinə görə, hazırda Rusiyanın tikinti sahələrində 500 minə yaxın miqrant çalışır ki, bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 15-20 faiz azdır.
Bununla yanaşı, tikintidə çalışan işçilərin ümumi sayında əcnəbi işçilərin xüsusi çəkisi 15 faizə yüksəlib.
Müqayisə üçün qeyd edək ki, martın sonunda bu göstərici 12, 2024-cü ilin iyununda isə cəmi 10 faiz olub.
Milli İnşaatçılar Assosiasiyasının rəhbəri izah edib ki, artım miqrasiya siyasətinin sərtləşdirilməsi və Rusiyada tikinti işlərinin ləngiməsi səbəbindən işçi qüvvəsinə ehtiyacın azalması nəticəsində miqrantların sayının ümumi azalması fonunda baş verir.
Qluşkov həmçinin qeyd edib ki, rus işçiləri onlarla əməkçi miqrantlar arasında əmək haqqı fərqinin azalması fonunda daha rəqabətli olublar.
Bununla belə, bu tendensiyaya baxmayaraq, sənayedə əcnəbi işçilərin payı artmaqda davam edir, bu da tikinti sektorunun onların əməyindən davamlı asılılığını göstərir.
Bundan əvvəl Voloqda vilayətində miqrantların tikinti sahələrində işləməsinə qoyulan qadağanın bir həftədən az davam etdiyi bildirilirdi.
Əli Babayev