Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir. SİA xəbər verir ki, Azərbaycanı təmsil edən nümayəndə heyəti artıq Tacikistan paytaxtına çatıb.
Mayın 22-dək davam edəcək tədbirlərdə Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən zəngin proqram nümayiş olunacaq.
Proqramın açılış mərasimi ilə bağlı qala konsert mayın 20-də baş tutacaq.
Tədbirlər və konsert proqramları Düşənbə ilə yanaşı, Danqara şəhərində də olacaq.
Xatırladaq ki, Azərbaycanda Tacikistan Mədəniyyət Günləri ilk dəfə 2007-ci ildə, Tacikistanda isə Azərbaycan Mədəniyyəti Günləri 2008-ci ildə keçirilib.
Sonuncu dəfə 2024-cü ilin mayında Bakı və Gəncə şəhərlərində Tacikistan Mədəniyyəti Günləri təşkil olunub.