"Neftçi" Azərbaycan çempionatlarında yeni rekorda imza atıb. SİA Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, "ağ-qaralar"ın Misli Premyer Liqasının XXXV turunda "Səbail"i üç cavansız qolla məğlub etməsi sayəsində mümkün olub.
Komanda cari mövsüm elitada ilk böyükhesablı qalibiyyətini əldə edib.
Bakılılar sonuncu böyükhesablı qələbəni də ötən mövsümün XXXV turunda, mayın 18-də, elə “Səbail”lə görüşdə eyni hesabla qazanmışdı. 365 gün əvvəlki qələbə səfərdə əldə olunub.
Bununla da “Neftçi” ölkə çempionatları tarixində 31-ci fərqli mövsümdə böyükhesablı qələbə qazanıb. Yalnız 2009/2010 və 2015/2016 mövsümlərində “ağ-qaralar” belə nəticəyə sevinməyib. 31 fərqli mövsümdə böyük hesabla qalib gəlməklə çempionatlar tarixində yeni rekord qeydə alınıb.