Kanada bəzi ABŞ malları üçün gömrük rüsumunu ləğv edib

19 May 2025 06:49 (UTC+04:00)

Kanada bəzi ABŞ-dan idxal edilən bəzi mallara gömrük rüsumunu müvəqqəti ləğv edib. SİA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Mark Karni məlumat verib. Hökumət başçısı bildirib ki, siyahıda qablaşdırma, sənaye və əczaçılıq məhsulları yer alır.

Bununla belə, hökumət rəsmiləri ABŞ-dan idxal edilən məhsulların 70 faizə qədərinin yüksək vergiyə cəlb olunduğunu da qeyd ediblər.