Rumıniyada prezident seçkilərinin ikinci turunun nəticəsi məlum olub. SİA xəbər verir ki, paytaxt Buxarestin meri Nikuşor Dan böyük fərqlə ifrat sağçı namizəd Jorj Simionu qabaqlayıb.
1969-cu ildə Faqaras şəhərində anadan olmuş Dan ixtisasca riyaziyyatçıdır. O, 2 dəfə beynəlxalq olimpiadada qalib olub, 90-cı illərdə Sorbon Universitetində doktorluq dissertasiyası müdafiə edib.
Nikuşor Dan aktiv siyasi fəaliyyətdə başlıca olaraq qanunsuz məskunlaşma ilə mübarizəsinə görə yadda qalıb.