Nabranda yanğın olub

18 May 2025 17:19 (UTC+04:00)

Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb. SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.