Beyləqan rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini rayonun rəmzi giriş darvazasına çırpıb.
Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.