Finlandiyada iki helikopter toqquşub. SİA xarici mediaya istinadla xəbər verir ki, hadisə Eura aerodromunun ərazisində baş verib. Finlandiya hava nəqliyyatı idarəsinin məlumatına görə, hər iki helikopter Estoniyanın paytaxtı Tallindən havaya qalxaraq, Eura aerodromunadək yan-yana uçub. Toqquşmanın təxminən 300 metr yüksəklikdə baş verdiyi bildirilir.
Hadisə nəticəsində 5 nəfər ölüb. Hazırda Finlandiya polisi araşdırma aparır.