“Avroviziya-2025”in qalibi - Avstriya

18 May 2025 09:38 (UTC+04:00)

Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub. SİA xəbər verir ki, Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.

İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.

Finalda Azərbaycan İsrail təmsilçisinə səs verib.