İsrail ordusu Yəməndən atılan raketi ələ keçirdi

18 May 2025 05:37 (UTC+04:00)

İsrailin hava hücumundan müdafiə sistemləri Yəməndən atılan raketi ələ keçirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri ( IDF ) öz "Telegram" kanalında məlumat yayıb. "Bir müddət əvvəl İsrailin bir neçə bölgəsində səslənən sirenlərdən sonra Yəməndən atılan raketin qarşısı alınıb", - məlumatda deyilir. Bundan əvvəl İDF sözçüsü Yəməndən raket buraxılışı və İsrailin hava hücumundan müdafiə sistemlərinin onun qarşısını almaq üçün gördüyü işlər barədə yazıb.