Milli Məclisin sədri Sahibə Qafarova Vatikana səfər edib

17 May 2025 20:01 (UTC+04:00)

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün Vatikana işgüzar səfər edib.

SİA xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.