İraq Qəzza və Livanın bərpasına vəsait ayıracaq

17 May 2025 17:30 (UTC+04:00)

İraq Qəzza zolağı və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar ayıracaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İraqın Baş naziri Məhəmməd əs-Sudani Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında bildirib.

"Biz birgə fəaliyyəti aktivləşdirmək üçün 18 təşəbbüs elan edirik. İraq Qəzza və Livanın bərpası üçün ayrı-ayrılıqda 20 milyon dollar vəsait ayıracaq", - o qeyd edib.