Azərbaycanda ictimai iaşə xidmətləriinin dövriyyəsi 18 %-ə yaxın artıb

17 May 2025 16:15 (UTC+04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 764 milyon manat olub. Bu barədə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 386,6 milyon manat olub.