Somalidə partlayış nəticəsində ən azı iki nəfər ölüb

17 May 2025 14:10 (UTC+04:00)

Somalidə hava limanlarından birinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı iki nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə “garowe” portalı məlumat yayıb.

İlkin məlumatlara görə, Somalinin cənubunda Baraue hava limanı yaxınlığında piyada əleyhinə mina partlayıb.

Hadisənin təfərrüatları araşdırılır.