Tokayevin rəhbərliyi altında Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzu artıb - İLHAM ƏLİYEV

17 May 2025 13:23 (UTC+04:00)

Kasım-Jomart Tokayevin rəhbərliyi altında Qazaxıstan dayanıqlı inkişafdadır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə ad günü münasibətilə zəng edərkən deyib.

Prezident İlham Əliyev Qazaxıstanın beynəlxalq səviyyədə nüfuzunun artdığını da vurğulayıb.

Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.