Mağazadan 20 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

17 May 2025 14:10 (UTC+04:00)

Bakının Nəsimi rayonunda yerləşən mağazaların birindən 20 000 manat oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.