Gəncədə restoranda 31 yaşlı şəxsi bıçaqlamaqda şübhəli bilinən gənc saxlanılıb

17 May 2025 11:40 (UTC+04:00)

Gəncədə 31 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən 17 yaşlı gənc saxlanılıb. SİA-nın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 31 yaşlı Y. İbrahimova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı Ö.Tağızadə saxlanılıb.

Xatırladaq ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.