Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı “Prezident Kuboku”nda 3 medal qazanıblar. SİA xəbər verir ki, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.