Liviya Milli Razılıq Hökumətinə sadiq silahlı qruplar Tripolidə etirazçıları atəşə tutub. SİA xəbər verir ki, bu barədə “Əl Marsad” qəzeti məlumat yayıb. Bildirilib ki, hadisə minlərlə nümayişçinin istefasını tələb etdiyi baş nazir Əbdül Həmid Dbeybənin qərargahı yaxınlığında baş verib. Qeyd edək ki, son bir neçə gündə paytaxt Tripolidə vəziyyət yenidən gərginləşib, tərəflər arasında silahlı toqquşmalar yaşanır.