Amerikalı aktrisa Emma Stoun 78-ci Kann Film Festivalının qırmızı xalçasında arı hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb. 36 yaşlı Stoun "Eddinqton" filminin premyerasından əvvəl fotoqraflara poza verib. Ulduz qırmızı xalçada poza verərkən bir arı ona hücum edib. Aktrisa gülərək qaçarkən onun həmkarları Ostin Batler və Pedro Paskal həşəratı qovublar. Həmin anlar hərkəsin təbəssüm etməsinə səbəb olub.