Azərbaycanın FIFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

16 May 2025 17:12 (UTC+04:00)

Azərbaycanın FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.