Naxçıvanda orta aylıq əməkhaqqı 7 %-ə yaxın artıb

16 May 2025 16:23 (UTC+04:00)

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının orta aylıq nominal əməkhaqqı 817,8 manat olub. Bu barədə SİA-ya Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 % çoxdur.