Azərbaycanın basketbol millisinin baş məşqçisi dəyişib

16 May 2025 16:16 (UTC+04:00)

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib. SİA-nın əldə etdiyi məlumata görə, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.

O, bu postda Evren Alkayanı əvəzləyib.

E.Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.

Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.